qhse.az

Bədbəxt hadisələrin araşdırılması və kök səbəblərinin təhlili

Xüsusi hazırlanmış təlimlər

Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.

Peşəkar Təlimlər

Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .

Sertifikat

Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.

Bədbəxt hadisələrin araşdırılması və kök səbəblərinin təhlili

Bəzən “ən yaxşı nəzarət tədbirləri”ni yerinə qoymağımıza rəğmən iş yerində qəzalar baş verir, insanlar dünyasını dəyişir və ya xəsarət alır, əmlaka ciddi ziyan dəyir, ətraf mühit çirklənir və ya cəmiyyət hər hansı təhlükə ilə üzbəüz qalır. Bədbəxt hadisə / qəza adından göründüyü kimi hər nə qədər xoşagələn bir hal olmasa da, onun baş vermə səbəblərini müəyyən edərək gələcəkdə daha ciddi qəzaların qarşısını almağımıza yardım edə bilər. Əgər siz bədbəxt hadisələri sırf müvafiq dövlət orqanlarına məruzə etmək üçün, ilkin səbəbləri müəyyən etməklə, işçiləri günahlandırmaq məqsədilə araşdıracaqsınızsa, əmin olun ki, o qəza yenə baş verəcək. Bədbəxt hadisələrin qarşısını yalnız onların kök səbəblərini taparaq effektiv nəzarət tədbirlərini yerinə qoymaqla aradan qaldırmaq olar.

Mövzular:

• Giriş
▪︎ Yerli və beynəlxalq qaydaların tələbləri
▪︎ İnsident anlayışı və onun növləri
▪︎ Öhdəliklərin müəyyən olunması
▪︎ Qəzaların araşdırılması üçün hüquqi tələblər
▪︎ Effektiv qəza araşdırmaq üçün tələb olunan bacarıqlar
▪︎ Araşdırmanın mərhələləri
▪︎ Dəlil / sübutların toplanması üçün əsas üsullar
▪︎ İntervyu bacarıqları
▪︎ “Gap analysis”
▪︎ “Root cause analysis”

Təlim müddəti: 1 gün

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Mütəxəssislə danışın

Uğurlu yoldakı tərafdaşınız

Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.

0 +
Təcrübə ili
0 +
Xoşbəxt Müştərilər