Biz hər gün iş yerlərində təhlükələrlə qarşılaşırıq. İş yerlərində sağlamlığın qorunması, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı ilk addım təhlükələrin müəyyənləşdirilməsi və riskin qiymətləndirilməsidir. Siz müəssisənizdə tapşırıqla bağlı riskin qiymətləndirilməsi prosesini tətbiq etməklə potensial təhlükələrin qarşısını alaraq, personalın sağlamlığına, ətraf mühitə və əmlaka dəyə biləcək ziyanın qarşısını ala bilərsiniz. Həmçinin Riskin qiymətləndirilməsi prosesində işi sistemli yoxlamaq və sənədləşdirmək, müvafiq nəzarət meyarlarını dəqiqləşdirmək, nəticədə isə tapşırığın icrasının təhlükəli olub-olmadığını müəyyənləşdirməyə kömək edən bir metoddur. Bu metodu iş yerinizdə tətbiq etmək üçün bu sahə üçün nəzərdə tutulmuş səlahiyyətli şəxslərin təlimatlandırılmasına ehtiyac duyulur.QHSE Service&Consulting ailəsi olaraq bu mövzuda təlimin keçirilməsini sizə təklif edirik.
Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.
Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .
Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.
İş yerində təhlükələrin müəyyənləşdirilməsi və Riskin Qiymətləndirilməsi sahəsində işçiləri məlumatlandırmaq.
Təlim təhlükəsiz iş sisteminin həyata keçirilməsinə görə məsuliyyət daşıyan bütün şəxslər üçün nəzərdə tutulmuşdur.
• Təhlükələrin aşkar olunmasını
• Riskin necə qiymətləndirilməsini
• Nəzarət tədbirlərinin tətbiq olunmasını
• Rollar və vəzifə öhdəliklərini
• Giriş
• Əsas terminlərin izahı (Risk, Təhlükə, Ehtimal və Ciddilik)
• Riskin Qiymətəndirilməsi nədir?
• Risklərin Qiymətləndirilməsini həyata keçirməkdə məqsəd
• İş yerində olan əsas təhlükələr və onların müəyyən olunması
• Riskin Qiymətləndirilməsinin mərhələləri
• İş Riskinin Qiymətləndirilməsinin növləri
• İş Riskinin Qiymətləndirilməsinin səviyyələri
• Nəzarət Tədbirlərinin İyerarxiyası
• Riskin Qiymətləndirilməsi cədvəli (matrisi)
• Praktik olaraq Riskin Qiymətləndirilməsinin yazılı olaraq həyata keçirmək
• Təlimin qiymətləndirilməsi
Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.
Mütəxəssislə danışın
Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.