qhse.az

İcraçı Rəhbərlər üçün Təlim Proqramı

Bu Təlim Proqramının məqsədi - İşi icra etmək səlahiyyəti almış rəhbərlərin (İcraçı Rəhbər) (Performing Authority - PA) öz vəzifələrini təhlükəsiz və səmərəli şəkildə icra etmək üçündür.

Xüsusi hazırlanmış təlimlər

Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.

Peşəkar Təlimlər

Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .

Sertifikat

Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.

İşin Təhlükəsizlik Sistemləri

İşin Təhlükəsizlik Sistemləri iş tapşırığı ilə bağlı təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi üçün sistematik olaraq tapşırığın yoxlanılmasından irəli gələn bir formal prosedurdur . Bu sistem iş tapşırığı və eləcə də tapşırığın icra edildiyi ətraf mühitlə bağlı hər hansı təhlükəni sistematik olaraq müəyyənləşdirir və nəzarət edir.

Təlimin mövzuları:

• Giriş / Tanışlıq
• Fövqəladə Hallar zamanı tədbirlər
• Əsas terminlərin izahı
• Yerli, Benəlxalq qanunvericilik və tələblər
• Qızıl Qaydalar
• İşin İcrasına İcazə Sistemi üzrə cəlb olunmuş səlahiyyətli şəxslərin vəzifə öhdəlikləri
• Əsas terminlərin izahı (Risk, Təhlükə, Ehtimal və Ciddilik)
• Təhlükənin aşkar edilməsi və Riskin qiymətləndirilməsi
• Risklərin qiymətləndirilməsini həyata keçirməkdə məqsəd
• Nəzarət tədbirlərinin iyerarxiyası
• Enerji mənbələrinin müəyyən edilməsi
• İşin Riskinin qiymətləndirilməsinin növləri
• İş Riskinin qiymətləndirməsinin səviyyələri
• İcazə sənədinin tələb olunduğu İşlər
• İcazə sənədlərinin növləri və tətbiq olunması
• İşin Təhlükəsizlik sistemləri
• İşə icazənin məqsədi və əhatə dairəsi
• Qanunvericilik və standartlar
• Vəzifələr və Cavabdehliklər
• İşə icazənin növləri
• İşə icazənin strukturu
• Əlavə sertifikatlar
• Enerjinin təcrid edilməsi tələbləri
• İş üzrə riskin qiymətləndirilməsi
• Praktiki təlim və iş senariləri
• Qiymətləndirilmə
• Təlimin qiymətləndirilməsi.

Təlim müddəti: 1 gün

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 12 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.

Mütəxəssislə danışın

Uğurlu yoldakı tərafdaşınız

Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.

0 +
Təcrübə ili
0 +
Xoşbəxt Müştərilər