qhse.az

İlməkçi Siqnalçı

QHSE təlim kursları normativ sənədlər və üstün sənaye təcrübəsi əsasında hazırlanmış və müvafiq beynəlxalq standartların tələblərinə cavab verən uyğun sənaye akkreditasiya orqanları tərəfindən təsdiq olunmuşdur.

Xüsusi hazırlanmış təlimlər

Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.

Peşəkar Təlimlər

Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .

Sertifikat

Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.

İlməkçi Siqnalçı

QHSE Təlim kurslarının məqsədi bütün işçilərə iş yerlərində təhlükəsiz işləməyə imkan verən, özlərinə və digər işçilərə daha az risk yaradan müvafiq səriştəlik səviyyəsini aşılamaqdır. Qanunlar təşkilatların bütün işçilərin, xüsusilə yüksək riskli fəaliyyətlərin baş verdiyi sahələrdə səriştəli olmasını təmin etməsini tələb edir. “Yükqaldırma” təlim kursları, neft və qaz, inşaat, kimya, gəmiqayırma və s. daxil olmaqla müasir sənaye sahələrinin tələblərinə cavab vermək üçün diqqətlə hazırlanmışdır. “Yükqaldırma” kateqoriyasına daxil olan təlim kursları, Yükqaldırma əməliyyatlarında iştirak edən işçilərə müxtəlif səviyyələrdə bacarıq və səriştə təmin edir. LEEA tərəfindən akkreditə olunmuş yükqaldırma təlim kurslarına Siqnalçı İlməkçi, Takelajçı Səviyyə 2-3, Yükqaldırma əməliyyatları üzrə Səlahiyyətli Şəxs və s. daxildir. Ətraflı məlumat üçün 👉: LEEA accredited lifting training courses Kurslar interaktivdir və seçdiyiniz dildə təşkil oluna bilər. Praktiki dərslər və təlim materialları təşkil olunan təlim kursunun məqsədinə uyğun olaraq təqdim edilir. Kursun məzmunu işçilərin çalışacağı ölkənin və ya bölgənin xüsusiyyətlərini nəzərə alaraq tərtib edilə bilər. İştirakçıların lazımı səriştəlik səviyyəsinə çatmasından əmin olmaq üçün onlar təlim kursunu və müvafiq imtahanları müvəffəqiyyətlə başa vurmalıdılar. Uğurlu nəticə göstərən iştirakçılara bütün dünyada keçərli sertifkat və diplomlar verilir. İşçilər sertifikatda göstərilən etibarlılıq müddəti bitdikdə sertifikatlarını yeniləməlidirlər. Aşağıdakılar kursun məzmununu əhatə edir:

Təlimin mövzuları:

• Giriş
• Qanunvericilik : LOLER
• Vəzifə və Məsuliyyətlər
• Yükqaldırma Aksesuarları
• Yükqaldırma Avadanlıqları
• Kranlar
• Kommunikasiya
• Yüklərin Qoşqu Nöqtələri
• Yüklərin Çəkisinin Hesablanması
• Yüklərin İlməklənməsi
• Praktiki Məşğələ
• Nəzəri Qiymətləndirmə
• Praktiki Qiymətləndirmə

Təlim müddəti: 3 gün Yeniləmə / Qiymətləndirilmə - 2 gün

• Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
• Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
• Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
• Sertifikatın etibarlılıq müddəti: 3 il

Mütəxəssislə danışın

Uğurlu yoldakı tərafdaşınız

Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.

0 +
Təcrübə ili
0 +
Xoşbəxt Müştərilər