qhse.az

Hündürlükdə iş üzrə Təlim

QHSE Service&Consulting ailəsi olaraq Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları təlimi elan edir.

Xüsusi hazırlanmış təlimlər

Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.

Peşəkar Təlimlər

Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .

Sertifikat

Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.

Təlimin məqsədi:

• Qanunvercilik haqqında məlumatın verimləsi - “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələbləri. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin № 20/01-005 24 oktyabr 2016-cı il Qərarı.
• Hündürlükdə işləyən işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsinin metod və üsullarının öyrədilməsi;
• Hündürlükdə işlərlə bağlı risklər, təhlükələr haqqında məlumatın verilməsi;
• Hündürlükdə işlərlə bağlı yarana biləcək təhlükələrin azaldılması, qabaqlayıcı (önləyici) tədbirlərin görülməsi və nəzarət edilməsi metodlarının izah edilməsi;
• Hündürlükdə işləri icra edən işçilərin təhlükəsizliyini təmin etmək üçün lazım olan minimum tələblərin izah olunması;
• Hündürlükdə işləyən personalın təhlükəli davranışlarının qarşısının alınması.
• Hündürlükdə işləyən personalın Fərdi Mühafizə Vasitələrinin (qoruyucu avadanlıqların) düzgün seçilməsi və istifadə qaydalarının örədilməsi;
• Qəza vəziyyətləri yaranarkən və xilasetmə işlərinin həyata keçirilməsi zamanı işçilərin təxliyyəsi və xilas edilməsi üzrə tədbirlər haqqında məlumatın verilməsi;

Təlim kimlər üçün nəzərdə tutulub:

Hündürlükdə işləri həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur.

Təlimdən əldə olunan bilgilər:

Bu təlim materialı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”na (24 oktyabr 2016-cı il tarixli qərar № 20/01-005, Qüvvəyə minmə tarixi (04.11.2016) istinad edilərək hazırlanmış və bununla yanaşı Beynəlxalq təcrübəyə əsaslanılmışdır.

Təlimin mövzuları:

• Giriş
• Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları
• Hündürlükdə işləyən işçilərə dair tələblər
• Hündürlükdə olan təhlükələr və onlara qarşı nəzarət tədbirləri
• Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi
• Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər
• Hündürlükdə iş zamanı Fərdi Mühavizə Vasitələrinin təhlükəsiz istifadəsi
• Nərdivanların, meydançaların və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik tələbləri
• Düşən əşyalar və onların qarşısının alınması
• Taxtabəndlərdən (ayaqaltılardan) və Nərdivanlardan təhlükəsiz istifadə qaydaları
• İş platformaları (Mobil qaldırıcı və qayçı qaldırıcılarda iş)
• Hündürlükdə iş ilə bağlı baş verən fövqəladə hallar zamanı cavab tədbirləri
• Hündürlükdə xilasetmə (təxliyyə) planı
• Təlimin yekunlaşdırılması və biliklərin qiymətləndirilməsi (nəzəri və praktiki)

Təlim müddəti: 2 gün (nəzəri və praktik hissə)

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat və vəsiqə təqdim olunur.

Mütəxəssislə danışın

Uğurlu yoldakı tərafdaşınız

Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.

0 +
Təcrübə ili
0 +
Xoşbəxt Müştərilər