qhse.az

Yüklərin əllə daşınması

Əllə Yükdaşıma

Xüsusi hazırlanmış təlimlər

Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.

Peşəkar Təlimlər

Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .

Sertifikat

Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.

Əllə Yükdaşıma Nədir?

Əl ilə yük daşıma bədən qüvvəsindən istifadə edərək yükün yerindən tərpədilməsi və ya saxlanılmasıdır. Yükü əl və ya bədənin digər bir hissəsi ilə daşımağa və ya saxlamağa aşağıdakılar daxildir:
• Qaldırma və yerə qoyma
• Itələmə və dartma
• Daşıma və yerindən tərpətmə
• Yükün məqsədyönlü şəkildə yerə atılması və ya düşməsi
• Yüklə hərəkət etmək
İş yerində baş verən qəzaların böyük əksəriyyətinə yüklərin əllə daşınması səbəb olur. Bu səbədən də düzgün yük qaldırma texnikasına əməl olunmaması səbəbindən onurğa sütunu, kürək əzələləri və bağların zədələnməsinə, əzələ gərilməsi və oynaqların yeyilməsinə, qarın yırtığı, amputasiya, əzilmiş əzalar və daha ağır qəzalara ölümlə nəticələnə biləcək qəzalara gətirib çıxarır. QHSE Service&Consulting ailəsi yerli və Beynəlxalq Standartlara (Əllə Yükdaşıma Əməliyyatı barədə Nizamnamə 1992- ci il / Manual Handling Operations Regulations 1992) uyğun olaraq hazırlanmış təlim kursunu təklif edir.

Mövzular:

• Giriş
• Əl ilə yükdaşıma nədir
• Statistik göstəricilər
• Yüklərin əllə daşınması zamanı yarana biləcək xəsarətlər (zədəlnmələr)
• Əl ilə yükdaşıma üsulları (qaydaları)
• Əllə yük daşıma Riskinin qiymətləndirilməsi
• Təhlükəsiz şəkildə yükqaldırma
• Əllə Yükqaldırma qaydaları
• Düzgün yükqaldırma texnikası
• Yükün mexaniki üsulla daşınması

Təlimin məqsədi:

Əl ilə yükdaşıma barədə işçiləri məlumatlandırmaq və düzgün yükqaldırma üsulları nümayiş etdirmək.

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

Düzgün yükqaldırma texnikasının yollarını və riskin qiymətləndirilməsini.

Təlim müddəti: 1 gün

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Mütəxəssislə danışın

Uğurlu yoldakı tərafdaşınız

Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.

0 +
Təcrübə ili
0 +
Xoşbəxt Müştərilər