qhse.az

Hündürlükdə iş təhlükəsizliyi

QHSE.AZ MMC sizə “Hündürlükdə iş təhlükəsizliyi” kursunu təqdim edir. Hündürlüyün səviyyəsi, iş platformaları, səriştəli işçi heyəti, alət və təhlükəsizlik avadanlıqları, işin icrasına nəzarət, hava şəraiti və s hündürlükdə iş ilə bağlı düşünməli olduğunuz faktorlardandır. Dünya üzrə hər gün çox sayda insan hündürlükdən yıxılaraq dünyasını dəyişir. Bu statistika xüsusilə tikinti sektorunda daha ciddidir. İşəgötürənin öhdəliyi təhlükəsiz iş yeri, iş metodu, alət və avadanlıq, təlim və nəzarəti təmin etməkdirsə, işçinin öhdəliyi şirkətin qayda qanunlarına əməl etmək, FMV-dən düzgün istifadə etmək, təlimdən öyrəndiklərini icra etmək, hər hansı bir təhlükə gördükdə işi saxlamaq və onu vaxtında məruzə etməkdir.

Xüsusi hazırlanmış təlimlər

Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.

Peşəkar Təlimlər

Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .

Sertifikat

Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.

Kurs aşağıdakı mövzulardan ibarətdir:

▪︎Hündürlükdə iş təhlükəsizliyinin təqdim olunması
▪︎ Yerli və beynəlxalq qanunvericilik
▪︎ İşin İcrasına İcazə və Riskin qiymətləndirilməsinin tələbləri
▪︎ Taxtabənd / dəmirbənd təhlükəsizliyi
▪︎ Nərdivan təhlükəsizliyi
▪︎ MEWP (Mobile Elevated Working Platform) təhlükəsizliyi
▪︎ Trestle təhlükəsizliyi
▪︎ İş platformaları təhlükəsizliyi
▪︎ Asılmış taxtabənd / dəmirbənd təhlükəsizliyi
▪︎ Kövrək damlar, açıq yerlər, kənarların mühafizəsi
▪︎ Düşən əşya təhlükəsi
▪︎ Yıxılmadan mühafizə avadanlıqları
▪︎ Ankor nöqtələri
▪︎ “Life lines” (sığorta kanatları)
▪︎ Hündürlükdə iş üzrə xilasetmə avadanlıqları

Mövzular:

• Fövqəlada hallarda mülki müdafiənin rolu və vəzifələri
• Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və anlayışı
• Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi, onun vəzifələri
• Fövqəlada hallarda mülki müdafiənin idarə edilməsi. Hərbil\əşdirilməmiş mülki müdafiə xidmətləri, qüvvələri
• Radiasiya, kimya, mühəndis və yanğın şəraiti haqqında anlayış
• Fövqəladə hallar zamanı əmələ gəlmiş radiasiya, kimya, mühəndis və yanğın şəraitlərinin qiymətləndirilməsi qaydaları
• Fövqəlada hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları
• Mülki müdafiənin mühafizə qurğuları. Fərdi və tibbi mühafizə vasitələri
• Təsərrufat obyektlərinin işçilərinin və onların ailə üzvlərinin fövqəladə hallarda təxliyə edilməsi
• Fövqəladə vəziyyət şəraitində obyektlərdə işin dayanıqlığınin əsasları və mahiyyəti
• Xilasetmə və digər təxirəsalınmaz işlərin icra üsulları
• Fövqəlada hallar zamanı mülki müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri, təşkili prinsipləri, idarəetmə və idarəetmə məntəqələri, onların təyinatı, növləri və vasitələri
• Mülki müdafiə xəbərdarlıq siqnalları, onların verilmə üsulları və əhalinin davranış qaydaları

Təlim müddəti: 1 gün

▪︎ Təlimin keçirildiyi dil: Azərbaycan

Təlimçi: Rəşad Bəkdəmirli

Mütəxəssislə danışın

Uğurlu yoldakı tərafdaşınız

Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.

0 +
Təcrübə ili
0 +
Xoşbəxt Müştərilər