qhse.az

Cilalayıcı Kəsici Çarxların Təhlükəsizliyi

QHSE Service&Consulting ailəsi olaraq Cilalama və Kəsmə çarxlarının təhlükəsiz istifadəsi üzrə təlim təklif edir.

Xüsusi hazırlanmış təlimlər

Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.

Peşəkar Təlimlər

Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .

Sertifikat

Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.

Cilalayıcı | Kəsici Çarxların Təhlükəsizliyi

Təlimin məqsədi: Cilalama və Kəsmə çarxlarının təhlükəsiz istifadəsi, quraşdırılması, saxlanılması və daşınması üçün lazımı məlumatlarla təmin etmək. Təlim kimlər üçün nəzərdə tutulub: daşına bilən və ya stasionar kəssmə və cilalayıcılardan istifadə etməyi nəzərdə tutulmuş şəxslər üçün nəzərdə tutulmuşdur.

QHSE Service&Consulting ailəsi olaraq Cilalama və Kəsmə çarxlarının təhlükəsiz istifadəsi üzrə təlim təklif edir.

İş yerlərində Kəsmə və Cilalama avadanlıqlarından istifadə edərkən bir çox xəsarətlərə və ölümlə nəticələnən bədbəxt hadisələrə gətirib çıxarır. Bu bir çox hallarda istifadəçilərin yetərincə məlumatlı olmamasından və davranış qaydalarını pozmaları səbəbindən baş verir. Bu kursa göndərilmiş iştirakçılar daşına bilən və ya stasionar cilalayıcıdan istifadə edərkən məsuliyyət və öhdəliklərini bilmələrini təmin etmək üçün nəzərdə tutulmuşdur.

Təlimin mövzuları:

• Giriş / tanışlıq
• Fövqəladə Hallar zamanı nəzarət tədbirləri
• Xəsarətlər, yaralanamalar və bədbəxt hadisələrin statistikası
• Kəsmə / Cilalama daşlarının istifadəsinə dair ümumi məlumat
• Rol və öhdəliklər
• Cilalayıcı / Kəsici Çarxların istifadəsi zamanı Təhülkələr və risklər
• Xəsarətlər və Titrəyiş təhlükəsi (bədənin və əllərin titrəmə Sindromu)
• Elektrik ilə çalışan kəsmə və cilalama çarxları
• Çarxların xarakteristikası və növləri
• Kəsici / Cilalayıcı çarxların tərkibi
• Elektrik avadanlıqlarının və disklərin saxlanılması və istifadə qaydaları
• Cilalayıcı və kəsmə disklərin quraşdırılması
• Cilalayıcı və Kəsici avadanlıqlarının istifadədən öncə təhlükəsizlik qaydaları
• Cilalayıcı və Kəsici avadanlıqlarının istifadəsi zamanı təhlükəsizlik qaydaları
• Sıxıcı Boltlar / Qaykalar
• Çarxların bağlanma və açılma qaydaları
• Qoruyucuların təyinatı
• Gözün və üzün mühafizəsi, Ciyərlərin zədələnməsi
• Vibrasiya (titrəyişli) təhlükəsi, Səs-küylü Alətlər və nəzrət tədbirləri
• Nəzarət tədbirləri və Fərdi Mühafizə vasitələrinin (FMV) düzgün istifadə
qaydaları • Təlimin yekunlaşdırılması və qiymətləmdirmə (test sualları)

Təlim müddəti: 1 gün (nəzəri və praktik hissə)

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.

Mütəxəssislə danışın

Uğurlu yoldakı tərafdaşınız

Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.

0 +
Təcrübə ili
0 +
Xoşbəxt Müştərilər