qhse.az

Fövqəladə hallarda obyektin idarə olunması və onun sabit işinin təmin edilməsi

Xüsusi hazırlanmış təlimlər

Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.

Peşəkar Təlimlər

Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .

Sertifikat

Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.

Təlim kursunu bitirdikdən:

Müəssisədə fövdəladə hallar və mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası necə aparılmasını öyrədiləcəkdir. İştirakçılara AR Mülki Müdafiə norma və qaydalarını, AR Əmək Məcəlləsi, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar, qaydalar, digər normativlər və standartlar haqqında məlumat veriləcək.

Mövzular:

• Fövqəlada hallarda mülki müdafiənin rolu və vəzifələri
• Fövqəladə halların təsnifatı, onların yaranma səbəbləri və anlayışı
• Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə Azərbaycan Dövlət Sistemi, onun vəzifələri
• Fövqəlada hallarda mülki müdafiənin idarə edilməsi. Hərbil\əşdirilməmiş mülki müdafiə xidmətləri, qüvvələri
• Radiasiya, kimya, mühəndis və yanğın şəraiti haqqında anlayış
• Fövqəladə hallar zamanı əmələ gəlmiş radiasiya, kimya, mühəndis və yanğın şəraitlərinin qiymətləndirilməsi qaydaları
• Fövqəlada hallarda əhalinin mühafizəsinin əsas prinsipləri və üsulları
• Mülki müdafiənin mühafizə qurğuları. Fərdi və tibbi mühafizə vasitələri
• Təsərrufat obyektlərinin işçilərinin və onların ailə üzvlərinin fövqəladə hallarda təxliyə edilməsi
• Fövqəladə vəziyyət şəraitində obyektlərdə işin dayanıqlığınin əsasları və mahiyyəti
• Xilasetmə və digər təxirəsalınmaz işlərin icra üsulları
• Fövqəlada hallar zamanı mülki müdafiə rabitə və xəbərdarlıq sisteminin vəzifələri, təşkili prinsipləri, idarəetmə və idarəetmə məntəqələri, onların təyinatı, növləri və vasitələri
• Mülki müdafiə xəbərdarlıq siqnalları, onların verilmə üsulları və əhalinin davranış qaydaları

Təlimin məqsədi:

AR Mülki Müdafiə haqqında qanun və AR ƏM 215 və 219-cu maddəsi və əsasən müəssisədə mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası necə aparılır.

Təlim kimlər üçün nəzərdə tutulub:

İşəgötürən, MTH, Əməyin Mühafizəsi işlərinin təşkili üzrə məsul şəxslər, İR üzrə mütəxəssis və bu sahədə biliklərə sahib olmaq istəyən hər kəs;

Təlim müddəti: 1 gün

▪︎ Təlimin keçirildiyi dil: Azərbaycan
▪︎ Təlimçi: Aqil Allahverdiyev

Mütəxəssislə danışın

Uğurlu yoldakı tərafdaşınız

Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.

0 +
Təcrübə ili
0 +
Xoşbəxt Müştərilər