qhse.az

HACCP (TƏHLÜKƏ ANALİZİ VƏ KRİTİK NƏZARƏT NÖQTƏLƏRİ)

HACCP nədir və necə tətbiq olunur?

Təhlükə Təhlili və Kritik Nəzarət Nöqtələri (HACCP) qida təhlükəsizliyi ilə bağlı riski müəyyən etmək və idarə etmək üçün beynəlxalq səviyyədə tanınmış bir üsuldur və aktiv qida təhlükəsizliyi proqramının mərkəzi olduğu halda, müştərilərinizə, ictimaiyyətə və tənzimləyici qurumlara qida təhlükəsizliyi proqramının etibarlı olduğuna və yaxşı idarə olunmasıyla əlaqədar əminlik verə bilər. HACCP qida təhlükəsizliyinin xammal istehsalı, tədarükü və emalından hazır məhsulun istehsalına, paylanmasına və istehlakına qədər bioloji, kimyəvi və fiziki təhlükələrin təhlili və nəzarəti yolu ilə həll edildiyi idarəetmə sistemidir. Bu gün dünyanın bir çox ən yaxşı istehsalçıları və satıcıları sistemdən qida təhlükəsizliyinin idarə edilməsi proqramları və GFSI audit sxemlərinə uyğunluq üçün əsas kimi istifadə edirlər. Qida təhlükəsizliyi proqramı yalnız HACCP ilə bitmir. Effektiv olmaq üçün zərərvericilərə qarşı mübarizə, izlənilmə və geri çağırma, gigiyena və sanitariya kimi ilkin proqramlar hazırlanmalı və həyata keçirilməlidir. Əlavə olaraq, tədarükçülərin və distribyutorların da qida təhlükəsizliyi proqramına malik olmasını təmin etmək məsələsi inqrediyent spesifikasiyaları və satıcı təminat sisteminin işlənib hazırlanması yolu ilə həll edilməlidir.

Aərbaycanda HACCP ilə əlaqəsar son vəziyyət nədir?

Hal hazırda Azərbaycannın qida sektorunda bu sistemi tətbiq edən bəzi şirkətlər və müəssisələr mövcuddur. Son illərdə dövlət səviyyəsində qida təhlükəsizliyilə əlaqədar inkişaflardan sonra, artıq HAACP sisteminin quruluması dövlət orqanları tərəfindən təklif edilir və yaxın bir zamanda məcburiyyət olmasıyıla əlaqədar xəbərlər yayımlanır. Adı gedən məsələ ilə əlaqədar bəzi xəbər linkləri aşağıda verilmişdir.

https://afsa.gov.az/az/xeberler/qida-subyektleri-ucun-haccp-sisteminin-tetbiqi-zerurete-cevrilir2849

https://az.trend.az/azerbaijan/society/3563195.html

" QHSE" MMC- sizə necə köməklik edir?

Adı gedən prosesləri başlamaq üçün şirkətimizə müraciət edə bilərsiniz. Şirkətimizin təcrübəli mütəxəssiləri aşağıda qeyd edilmiş olan xidmətləri həyata keçirirlər:

HACCP Sisteminin yaradılması
Daxili auditlərin təşkil edilməsi (xüsusiylə xarici audit öncəsi)
Personala sertifikatlı təlimin təşkil edilməsi
HACCP-nin qanunverici tərəfləri haqqında konsultasiya