qhse.az

İdarəetmə Sistemlərinin Sertifikatlaşdırması

Sertifikatlaşdırma nədir?

Müstəqil orqan tərəfindən sözügedən məhsulun, xidmətin və ya sistemin xüsusi tələblərə cavab verdiyinə dair yazılı təminatın (sertifikat) verilməsinə sertifikatlaşdırma deyilir. Görüldüyü kimi sertifikat məhsulun, xidmətin və ya sistemin bəlli meyarlara əsasən yoxlanılması və o meyarlarda minimum şərtlərə uyğunluq təşkil edildiyi zaman tərtib edilir. Bu meyarlar müştəri tərəfindən verilmiş bəlli bir şərtnamə və ya beynəlxaq standart ola bilər. Ümumiyyətlə, sertifikatlaşdırma 3.tərəf şirkətləri tərəfindən həyata keçirilir. Müraciət edən şirkət sertifikatlaşdırma şirkətiylə müqavilə bağladıqdan sonra, 3.tərəf şirkəti tərəfindən audit edilir və uyğunluğunu qeydiyyata aldıqdan sonra sertifikat müştəriyə təqdim edilir. Bu proses ümumiyyətlə 3 illik müqaviləyə əsasən tətbiq edilir və hər il audit bir dəfə təkrar olar.

Sertfifikatlşadırma və Akkreditasiya arasındakı fərq nədir?

Sertifikatlaşdırma təşkilatın sistemlərinin və ya məhsullarının auditi vasitəsilə üçüncü tərəfin təsdiqidir, akkreditasiya isə təşkilatın sertifikatlaşdırma, sınaq və yoxlama kimi xüsusi texniki fəaliyyətləri yerinə yetirmək üçün səriştə və qərəzsizliyə malik olmasının müstəqil üçüncü tərəf tərəfindən tanınmasıdır.

Beynəlxalq Standartlara əsasən idarəetmi sistemlərinin sertifikatlaşdırmaı :

Şirkətimizdə ISO, EN və digər qurumlar tərəfindən təqdim edilmiş standartların şərtlərinə əsasən fərqli sahələrdə fəaliyyət göstərən şirkətlərə idarəetmə sistemlərinin hazırlamasına köməklik edir və adı gedən sertifikatların təmini prosesindəki bütün auditlərdən öncə, auditin uğurlu keçməsinə və əlaqədar sertifikatın alınması üçün konsultasiya xidməti təşkil edir. Şirkət və ya müəssisənin bütün proseslərinə əsasən sənədləşdirilmiş məlumat (prosedur, təlimat, proses kartı və s.) hazırlanır və sistemin işə başlaması üçün lazımi bütün fəaliyyətlər şirkətimiz tərəfindən həyata keçirilir. Adın gedən işlər o standart üzrə beynəlxalq sertfikatlarına ( IRCA Lead aduditor kimi) malik olan və adı gedən sahə üzrə azı 5 il təcrübəsi olan mütəxəssilər tərfindən təşkil edilir.