qhse.az

İsti iş və qaz balonları təhlükəsizliyi

İş yerində yerinə yetirilən müxtəlif növ isti işlər (qaynaq, kəsmə, cilalama və s) yerinə yetirildiyi ərazidən, istifadə olunan avadanlıqdan və s faktorlardan asılı olaraq ciddi xəsarət alma, ölüm halı, əmlakın ziyan görməsinə, ətraf mühitə müxtəlif təsirlərə, bütövlükdə cəmiyyətə ziyana səbəb ola bilər. İsti işlər zamanı şəxsi zədədən başqa, bizim ən çox ehtiyyat etdiyimiz məsələlərdən biri yanğın və partlayış təhlükə və riskləridir ki, bunun da mümkün nəticələri hər birinizə bəllidir. Mövzunun vacibliyini nəzərə alaraq QHSE.AZ sizlərə “İsti iş və qaz balonları təhlükəsizliyi” kursunu təqdim edir.

Xüsusi hazırlanmış təlimlər

Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.

Peşəkar Təlimlər

Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .

Sertifikat

Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.

Təlim kimlər üçün nəzərdə tutulub:

İsti işlər zamanı təhlükəsizlik qaydalarını və qaz balonlarından təhlükəsiz istifadə, saxlanma, daşınma qaydalarını bilməli olan hər bir şəxs üçün.

Təlimin mövzuları:

• Giriş / təqdimat
• Yerli və beynəlxalq tələblər
• İsti işlərin növləri
• Cilalayıcı çarxların təhlükəsizliyi
• Qazla kəsmə təhlükəsizliyi
• Elektrik qaynaq təhlükəsizliyi
• Qaz balonlarının təhlükəsizliyi
• Qaz balonlarının növləri və təhlükələri
• Qaz balonlarına texniki baxış
• Qaz balonlarının istifadəsi, saxlanılması, daşınmasına olan tələblər
• İsti işlər zamanı İşin İcrasına İcazə
• Riskin qiymətləndirilməsi
• Riskə nəzarət tədbirləri
• Fərdi Mühafizə Vasitələri
• İsti işlər zamanı yanğın təhlükəsizliyi
• Odsöndürən balonlar və onların seçim qaydaları
• İsti işlər zamanı yanğın nəzarətçisi
• Qiymətləndirmə (15 ədəd test əsaslı sual)

Tədris dili: • Azərbaycan

Tədris metodu:

• Sinif otağı
• Tələb əsasında onlayn / ZOOM ilə

Təlimçi: • Rəşad Bəkdəmirli

Təlim müddəti: 2 gün (nəzəri və praktik hissə)

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat və vəsiqə təqdim olunur.

Mütəxəssislə danışın

Uğurlu yoldakı tərafdaşınız

Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.

0 +
Təcrübə ili
0 +
Xoşbəxt Müştərilər