Qaz testi / Sınağı
Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.
Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .
Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.
Qapalı sahədə bir çox təhlükələr mövcud olur. Bu təhlüklərdən biri də Oksigenin (O2) az və ya çox olması, zəhərli (toksik) və tez alışan (yanıcı) qazların mövcud olmasıdır. Qapalı Sahədə insanın işləməsi üçün təhlükəsiz atmosferin olması çox önəmlidir. Oksigen və digər qazların səviyyəsi qəbul olunan səviyyədə saxlanılmalı və daima nəzarət olunmalıdır. Bunun üçün qapalı sahədə qaz testinin | sınağının aparılması tələblərə daxildir. Qaz testi yalnız o sahədə təlim keçmiş səlihiyyətli şəxslər tərəfindən aparılmalıdır.
• Qaz testi oksigeni, zəhərli və tezalışan qazları özündə ehtiva edir
• Təhlükəsiz iş sisteminin ayrılmaz hissəsi hesab olunur
• Ətraf mühitin təhlükəli atmosferdən mühafizə olunduğunu təsdiqləyir.
• İşdə SÜTMN qiymətləndirmələrini effektiv yerinə yetirmək və məlumat toplamaq üçün nümayəndələri bilik və bacarıqları ilə təchiz edəcəkdir.
• SÜTMN qanunları daxil olmaqla, müvafiq qanunla müəyyən edilmiş öhdəliklərindən xəbərdar olacaqlar.
• SÜTMN materiallarını və mümkün çirklənmə üsullarını müəyyən etməyə bacaracaqlar.
İş fəaliyyətlərini dəstəkləyən qaz sınaqları, işlə əlaqədar potensial təhlükələrin müəyyənləşdirilməsi və müvafiq qaydada təcridetmə, təhlükəsizlik və digər ehtiyat tədbirlərinin və təhlükəsiz iş mühitinin təmin edilməsi məqsədilə profilaktik tədbirlərin aparılması ilə həyata keçirilməlidir.
Ümumi tənəffüs təhlükələri bunlardır:
• Oksigen çatışmazlığı/oksigenin yüksək həddə olması
• Tez alışan qazlar/buxarlar
• Zəhərli qazlar /buxarlar
Qapalı Sahədə baş verə biləcək təhlükələr, onların mənbələri və bu cür sahələrdə çalışarkən zədə və xəsarətlərin qarşısını almaq üçün səmərəli təhlükəsizlik təlbirlərinin necə həyata keçirilməsi barədə ümumi anlayış vermək.
Qapalı sahələrdə və müxtəlif iş sahələrində atmosferik qaz nümunələrinin götürülməsini həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdir. Səlahiyyətli qaz sınaqçıları alışan buxarların, toksik qazların və oksigenin olub-olamamasını yoxlamaq üçün səlahiyyətləndirilir.
• Giriş
• Qapalı Sahəyə Giriş
• Qapalı Sahələrdəki Təhlükələr
• Qaz testi nədir nə üçün aparılır və nə zaman aparılır
• Təhlükəsiz İş Sistemi
• Tezalışan qazlar
• Aşağı və Yuxarı Partrlama həddi
• Zəhərli qazlar
• Qazın fiziki xassələri / Qazların xarakteristikaları
• Daşınabilən Qaz Detektoru avadanlığı
• Qaz Testi Prosedurları
• Təmizləmə əməliyyatları
• Təlim və Səriştə
Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.
Mütəxəssislə danışın
Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.