qhse.az

Təhlükəsizlik Mədəniyyəti

Təlim kimlər üçün nəzərdə tutulub.
Hər bir işçi üçün (Sahə rəhbərləri, Menecerlər, Supervayzerlər, Formenlər, SƏTƏM üzrə vəzifəli şəxslər/məsləhətçilər, inzibati və texniki işçilər, ustalar və fəhlələr).

Xüsusi hazırlanmış təlimlər

Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.

Peşəkar Təlimlər

Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .

Sertifikat

Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.

Təlimin məzmununa aşağıdakı mövzular daxildir:

• Giriş, Təlimin məqsədi və Təlimin gündəliyi
• Fövqəladə hallar zamanı idarə olunma (Yanğınla ilkin mübarizə)
• Əsas terminlərin izahı (Risk, Təhlükə və Riskin qiymətləndirilməsi)
• Ehtiyaclar İyerarxiyası / Piramidası , Qəza Piramidaları (Nəzəriyyəsi –Silsilələri)
• Qəza Xərcləri (birbaşa və dolayı xərclər)
• Sığorta oluna bilən və sığorta oluna bilməyən qəzalar
• İş qəzaları və onların səbəbləri (Beynəlxalq statistik göstəricilər) • Təhlükəli davranışlar və onların baş vermə səbələri
• Davranışlara təsir edən faktorlar (Şirkət faktorları, İş faktorları və İşçi faktorları) • Riskin qavranması və qəbul edilə bilən risk.
• Təşkilati və ya Korporativ Mədəniyyət • Təhlükəsizlik Mədəniyyəti anlayışı • Təhlükəsizlik Mədəniyyətinin tarixi • Təhlükəsizlik Mədəniyyətinin məqsədi və hədəfi
• Təhlükəsizlik Mədəniyyətinin yaradılması (formalaşdırılması)
• Təhlükəsizlik Mədəniyyətinin formalaşdırılmasında və inkişafında tərəflər
• Təhlükəsizlik Mədəniyyətinin dəyişməsi və Dupont Bradley əyrisi
• Proaktiv və Reaktiv yanaşma
• Müsbət (Pozitiv) və Mənfi (Neqativ) Təhlükəsizlik Mədəniyyəti
• Təhlükəsizlik Mədəniyyətinin pozulması ilə nəticələnə bilən faktorlar
• Təhlükəsizlik Mədəniyyətinin
qiymətləndirilmə göstəriciləri
• Yerli və Beynəlxalq Qanunvericilik və digər tələblər
• BP və digər Beynəlxalq şirkətlərin Təhlükəsizlik Mədəniyyəti
• Təlimin qiymətləndirilməsi

Təlimin məqsədi:

• Təhlükəsizlik Mədəniyyəti anlayışı haqqında məlumatlandırmaq;
• İnsanlarda Təhlükəsizlik Mədəniyyəti formalaşdırmaq;
• Qəzaların qarşısının alınmasında "Təhlükəsizlik Mədəniyyətinin" əhəmiyyətini izah etmək;
• Qarşılaşa biləcək riskləri düzgün dəyərləndirərək təhlükəsizlik qaydalarına əməl etmələrinə nail olmaqdır.

Kursun Müddəti: 1 gün

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Mütəxəssislə danışın

Uğurlu yoldakı tərafdaşınız

Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.

0 +
Təcrübə ili
0 +
Xoşbəxt Müştərilər