qhse.az

Yanğın Təhlükəsizliyinə cavabdeh şəxs

Yanğın və partlayış həyat və tikililər üçün böyük təhlükə yaradır, lakin bir çox hallarda onun qarşısını almaq mümkündür və ya yanma nəzəriyyəsi və yanğının yayılma üsulları düzgün qiymətləndirilərsə ziyan azaldıla bilər. Hər bir iş yerində Yanğınla bağlı mübarizə yolları haqqında məlumatlı olması riskləri azaltmış olar. Yanğınla ilkin mübarizə Yanğın Nəzaritçilərinin üzərinə düşən ən böyük öhdəliklərdən biridir.

Xüsusi hazırlanmış təlimlər

Bu xüsusi təlimlər sizə bir çox fərqli sahədə uğur qazanmağa imkan verə bilər. İş dünyasında yüksəlmək, yeni bacarıqlar öyrənmək, təhlükəsizliyi artırmaq və ya karyeranızı dəyişmək istəsəniz, ixtisaslaşdırılmış təlimlər sizə kömək edə bilər.

Peşəkar Təlimlər

Xüsusilə hündürmərtəbəli binalarda işləyən və ya oxşar risklərlə üzləşən peşəkarlar üçün təhlükəsizlik həmişə prioritet olmalıdır. Peşəkar təlim təhlükəsizliyi artırmaq və fövqəladə hallarla mübarizə aparmaq üçün effektiv üsuldur .

Sertifikat

Sertifikatlaşma prosesi bir təlim proqramını uğurla başa vurmağı əhatə edir. Bu proqramlar nəzəri bilikləri praktiki bacarıqlarla birləşdirir və fərdlərin bu sahədə təcrübə səviyyələrini artırır. İmtahanlar və ya layihələr fərdlərin bu bilik və bacarıqları başa düşdüyünü və tətbiq edə biləcəyini nümayiş etdirir.

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

• Qanunvericilik və Yanğın Riskinin qiymətləndirilməsini
• Yanğın təhlükələri və İş yerində yaranan Təhlükələr
• Yanma nəzəriyyəsinin əsas prinsipləri
• Yanğın ehtiyat üsullarının müəyyən olunmasını
• Yanğının təsnifatını
• Yanğın riskinin azaltmaq üçün görülməli olunan əsas tədbirlər
• Düzgün yanğınsöndürən balonların seçilməsi və istifadə qaydalarını
• Yanğın Təxliyyə planlarına olan tələblər
• Yanğın təhlükəsizliyi ilə bağlı öhdəliklərdən xəbərdar olmağı

Öhdəliklər:

Təlimi bitirdikdən sonra tələbələr aşağıdakıları bacarmalıdırlar:
• Yanma Nəzəriyyəsinin başlıca prinsiplərini bilmək
• Müxtəlif cür yanğınsöndürmə qurğularını ayırd etmək və işlətmək
• Yanğını müəyyən etməyin və onun qarşısını almağın başlıca prinsiplərini təyin etmək

Mövzular:

• Giriş / Tanışlıq
• Yanğının səbəbləri və nəticələri
• Yanğın təhlükələri
• Yanma nəzəriyyəsi / Yanğın üçbucağı
• Yanğının / İstiliyin yayılma yolları
• Yanğının növləri (təsnifatı/kateqoriyaları)
• Yanğınsöndürmə (odsöndürmə) vasitələri
• Müxtəlif yanğınsöndürmə və yanğından mühafizə vasitələrinin növləri və istifadə qaydaları
• Yanğına Qarşı Profilaktik Tədbirlər
• Təxliyyə / Evakuasiya proseduru
• Toplanma məntəqəsi
• Çıxış yollarının yoxlanılması
• Qəza yerindən çıxış yollarının yoxlanılması
• Yanğın siqnalı sisteminin yoxlanılması
• Yanğınsöndürmə vəsaitlərinin və avtomatik qurğuların yoxlanılması
• Yanğın Nəzrətçisinin rolu
• Yanğın Nəzrətçisinin vəzifələri
• Fövqəladə Hallarda görülən tədbirlər
• Qeydəalma və məruzəetmə (məlumatlandırma)
• Yoxlama cədvəlləri
• Yanğın təhlükəsizliyi üzrə Təlim-məşqlər

Təlimin məqsədi:

Yanğınla mübarizəyə cəlb olunmuş Nəzaritçilərin bilik və bacarıqlarının artırılması.

Təlim kimlər üçün nəzərdə tutulub:

Yanğın təhlükəsizliyinə cavabdeh şəxsin vəzifələrini icra etmək üçün seçilmiş şəxslər üçün nəzərdə tutulmuşdur.

Kursun Müddəti: 1 gün

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Mütəxəssislə danışın

Uğurlu yoldakı tərafdaşınız

Yaxşı təlim və təcrübəyə malik ekspertlər qrupunun olması müştərilərə etibarlılıq və keyfiyyətli xidmət göstərmək bacarığınızı əks etdirir.

0 +
Təcrübə ili
0 +
Xoşbəxt Müştərilər